“Biz TRIPP layihəsinin icra mərhələsinə daxil oluruq” – Paşinyan

Baş səhifə

“Ermənistan Respublikası TRIPP (Trampın Beynəlxalq Sülh və Rifah Yolu) layihəsinin həyata keçirilməsi mərhələsinə daxil olur”.

Modern.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə bildirib.

“Beynəlxalq vəziyyətin mürəkkəb olmasına baxmayaraq, Amerika Birləşmiş Ştatları, Ermənistan Respublikası və Azərbaycan Respublikası hökumətlərinin regional kommunikasiyaların bərpasını və TRIPP layihəsinin həyata keçirilməsini prioritet vəzifə hesab etdiklərini məmnuniyyətlə bildiririk”, – deyə baş nazir vurğulayıb.

Nikol Paşinyan deyib ki, bu yanaşma layihənin həyata keçirilməsinin regionda uzunmüddətli, sabit və etibarlı sülhün mühüm dayağına çevrilməsi anlayışından irəli gəlir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir