Azər Türk Bank yeni ilə kəskin artım və dayanıqlı maliyyə nəticələri ilə başlayıb

Baş səhifə

Bakı. Trend:

Dövlət bankı Azər Türk Bank 2026-cı ilin I rübündə əsas maliyyə
göstəriciləri üzrə artımı davam etdirərək, maliyyə dayanıqlığını
möhkəmləndirib, rəqəmsal xidmətlərini genişləndirib və müştəri
bazasını artırıb.

Maliyyə göstəriciləri: artım dinamikası davam
edir

01 aprel 2026-cı il tarixinə Bankın aktivləri 2,2
milyard manata
çatıb. Müqayisə üçün, ötən ilin eyni
dövründə bu göstərici 1,9 milyard manat təşkil
edirdi. Kredit portfeli 814,7 milyon manata
yüksələrək illik müqayisədə 8 milyon manat artıb.

Hesabat dövründə Bankın maliyyə nəticələri də müsbət dinamika
nümayiş etdirib. Belə ki, cəmi gəlirlər 14% artaraq 46,6 milyon
manat olub, xərclər isə 42 milyon manat təşkil edib.

Nəticədə Bank 4,5 milyon manat xalis mənfəət
əldə edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə
19% artım deməkdir. Daha diqqətçəkən məqam isə
xalis mənfəətin I rübdə ötən ilin orta rüblük
göstəricisindən 1.8 dəfə yüksək olmasıdır ki, bu da
gəlirliyin artım tempinin sürətləndiyini göstərir.

Faiz gəlirləri 12,5% artaraq 36,3 milyon manata, qeyri-faiz
gəlirləri isə 20,6% yüksələrək 10,2 milyon manata çatıb.

Əhali tərəfindən Banka qoyulan əmanətlərin həcmi ötən illə
müqayisədə 4,5% artaraq 213 milyon
manat
olmuşdur. Ümumilikdə depozit portfelinin həcmi
13% artaraq 1,5 milyard manat
təşkil etmişdir.

Kapital mövqeyi güclənir və dayanıqlılıq
artır

2026-cı ilin ilk rübündə Bank demək olar ki, bütün əsas
göstəricilər üzrə artım əldə edib. Bu dinamika Bankın maliyyə
dayanıqlığını daha da gücləndirib.

Hesabat dövründə məcmu kapital 115,8 milyon manat təşkil edib
ki, bu da illik müqayisədə 12,3 milyon manat və ya 12% artım
deməkdir. Kapitalın artımı Bankın gələcək inkişafını dəstəkləyən
mühüm baza kimi çıxış edir və potensial risklərə qarşı
dayanıqlılığı artırır.

Rəqəmsal inkişaf və müştəri bazasında
genişlənmə

Azər Türk Bank rəqəmsal xidmətlərin inkişafını davam etdirərək
müştəri təcrübəsini daha da yaxşılaşdırır.

Bankın “atb360” mobil tətbiqi yeni
funksiyalarla zənginləşdirilib və istifadəçi sayı artım trendini
qoruyur. Ötən ilin analoji dövrü ilə müqayisədə mobil bankçılıq
istifadəçilərinin sayı 18,4% artıb. Aktiv plastik kartların sayı
isə illik müqayisədə 10,6% artıb.




Hüquqi şəxslər və fərdi sahibkarlar üçün nəzərdə tutulan
ATB Business Mobile” tətbiqi biznes
əməliyyatlarını daha sürətli və rahat edib. Eyni zamanda Müştəri
Əlaqələri Mərkəzi ilin ilk üç ayında 7/24 rejimində 96 856
müraciəti operativ şəkildə cavablandırıb.

Sahibkarlar üçün yeni imkanlar: E-POS və E-ticarət
xidmətləri

Azər Türk Bank sahibkarlara kartlarla aparılan ödənişlərin
qəbulu üçün müasir ekvayrinq xidmətlərini, o cümlədən E-POS virtual
ödəniş qəbul terminalını təqdim etməkdə davam edir.

E-POS virtual terminalı vasitəsilə bizneslər
kart ödənişlərini onlayn şəkildə asanlıqla qəbul edə bilirlər. Bu
xidmət ənənəvi e-ticarət həllərinə daha sadə alternativ təqdim edir
və xüsusilə sosial şəbəkələr üzərindən satış edən sahibkarlar üçün
əlavə imkanlar yaradır. Sahibkarlar üçün əlavə üstünlük ondan
ibarətdir ki, ödənişlərin qəbulu üçün ayrıca internet saytın
yaradılması tələb olunmur.

E-POS xidmətinə qoşulan sahibkarlar müştərilərinə istənilən
sayda ödəniş linki yarada və göndərə bilirlər. Alıcılar isə Bank
tərəfindən təqdim edilən link vasitəsilə istənilən bank kartı ilə
ödənişi rahat şəkildə həyata keçirirlər.

Sahibkarlar “ATB Business” platforması
vasitəsilə bütün əməliyyatların statusuna nəzarət edə, hesabatlar
əldə edə və əlavə üstünlüklərdən, o cümlədən cashback imkanlarından
faydalana bilirlər. Bütün əməliyyatlar “3D Secure” təhlükəsizlik
protokolu ilə qorunur.

Xidmətə qoşulma ödənişsizdir və sahibkarlar Bankın rəsmi
internet səhifəsi vasitəsilə onlayn müraciət edə bilərlər. Hesab
açıldıqdan sonra Bank əməkdaşları tərəfindən müştərinin ünvanında
ilkin qeydiyyat prosesinə dəstək göstərilir.

Azər Türk Bank həmçinin dünya üzrə 500 milyondan çox tərəfdaş
şəbəkəsinə malik olan Visa CyberSource e-ticarət
platformasının ölkədə ilk tərəfdaş bankıdır və bu platforma
vasitəsilə bizneslərə təhlükəsiz, sürətli və fasiləsiz ödəniş
qəbulu imkanı yaradır.

Əlavə xidmətlər: yararsız valyuta əsginaslarının
qəbulu

Azər Türk Bank yararsız xarici valyuta əsginaslarının (USD, EUR,
GBP, CHF) qəbulu, ekspertizası, dəyişdirilməsi və əvəzinin
ödənilməsi xidmətini davam etdirir. Müştərilər bu xidmətdən Bankın
Baş ofisində yerləşən Müştəri Xidmətləri Mərkəzində yararlana
bilərlər.

Bank haqqında

1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin
səhmlərinin 75%-i Azərbaycan dövlətinə məxsusdur (51%-i SOCAR
vasitəsilə). Qalan səhmlər “AzRe Təkrarsığorta” ASC, “Qala Həyat
Sığorta Şirkəti” ASC, “T.C. Ziraat Bankası” AŞ və “Ziraat Bank
International” AG arasında bölüşdürülüb.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial
şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 3000
945
, yaxud 945 nömrəli Çağrı Mərkəzindən
əldə edə bilərsiniz.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir