
Bakı. Trend:
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən
cari ilin mart ayında təqdim olunan proqnozlara əsasən baza
ssenaridə neftin bir barelinin orta illik ixrac qiyməti
2027-2030-cu illər üçün 65,0 ABŞ dolları olacağı fərz edilib.
Proqnozlara əsasən, 2027-ci ilin sonuna ÜDM-in həcmi 139,0 milyard
manat təşkil edəcəyi, 2030-cu ildə isə 166,9 milyard manata qədər
artacağı gözlənilir.
Trend bu
barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
“ÜDM-də qeyri-neft-qaz sektorunun payının 2025-ci ildəki
71,5%-dən 2027-ci ildə 78%-ə, 2030-cu ildə isə 81,8%-ə çatacağı
gözlənilir. Ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta
illik 3,3 faiz, qeyri-neft-qaz ÜDM-in 4,2 faiz olacağı
proqnozlaşdırılır”, – məlumatda vurğulanıb.

