DNF-dən transfertlərin mərhələli azaldılması nəzərdə tutulur

Baş səhifə

Bakı. Trend:

2025-ci il ərzində Dövlət Neft Fondunun (DNF) aktivlərinin ümumi
həcmi ilin əvvəlinə nəzərən 22,5 faiz artaraq 73,5 milyard ABŞ
dollarına çatıb, aktivlər üzrə gəlirlilik 6,2 faiz təşkil edib.

Trend bu
barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.




Bildirilib ki, aktivlərin ÜDM və borc göstəricilərinə nisbətinin
əlverişli səviyyələrdə olmasına baxmayaraq, büdcə gəlirlərinin
əhəmiyyətli hissəsi (2026-cı ildə33,2%) Fondun transferti hesabına
formalaşır.

“Bençmark təhlilinə əsasən neftlə zəngin olan və suveren
fondlardan büdcəyə davamlı transfert yönəldilən ölkələrdə (məsələn,
Qazaxıstan 15%, Norveç 25%) eyni göstərici daha aşağı nisbətdədir.
Bu baxımdan, növbəti illərdətransfertin mərhələli
şəkildəazaldılması və illik transfertlərin həcmlərinin ən qabaqcıl
təcrübəkimi DNF-nin aktivlərinin idarəetmə gəlirləri səviyyəsinə
çatdırılması nəzərdə tutulur”, – məlumatda vurğulanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir