Azərbaycanda büdcə kəsiri 2030-a qədər azalacaq

Baş səhifə

Bakı. Trend:

Dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbətinin 2027-ci ildə 2,2 faiz
təşkil edəcəyi, 2030-cu ildə isə 2,0 faizə enəcəyi
proqnozlaşdırılır.

Trend bu
barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.




Bildirlib ki, 2027-ci ildə dövlət büdcəsi kəsirinin yuxarı həddi
3 milyard 64,0 milyon manat, növbəti üç ildə isə müvafiq olaraq 3
milyard 161,0 milyon manat, 3 milyard 210,3 milyon manat və 3
milyard 408,0 milyon manat məbləğində proqnozlaşdırılır.

“Dövlət büdcəsi kəsirinin əvvəlki illərdə olduğu kimi,
özəlləşmədən daxilolmalar, borclanma hesabına daxilolmalar (xarici
və daxili) və vahid xəzinə hesabının qalığı hesabına
maliyyələşdirilməsi nəzərdə tutulur. Müəyyən olunmuş bir sıra
prioritet sahələr üzrə layihələrin maliyyələşdirilməsi üçün
beynəlxalq maliyyə institutlarından xarici borcun cəlb edilməsi
məqsədilə müvafiq prosedurlara artıq başlanıldığından, imzalanacaq
borc sazişləri üzrə cəlb olunacaq kredit vəsaitləri kəsirin
maliyyələşmə mənbəyində payının artmasını şərtləndirəcək.Yeni
makrofiskal çərçivənin tətbiqi ilə əlaqədar qarşıya qoyulmuş
hədəflərə uyğun olaraq uzunmüddətli dövrdə daxili və xarici
borclanma təsdiq edilmiş limitlər çərçivəsində istifadə ediləcək.
Bu hədəfin təmin edilməsi üçün dövlət qiymətli kağızlarının və
istiqrazlarının emissiyası ilə daxili maliyyə bazarlarının inkişaf
etdirilməsinin diqqət mərkəzində saxlanılması davam edəcək.Bununla
yanaşı, 2027-ci ildə 2 milyard 42,6milyon manat məbləğində
proqnozlaşdırılan icmal büdcə kəsirinin 2030-cu ildə 54,1 milyon
manat səviyyəsində olacağı gözlənilir”, – məlumatda vurğulanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir