
Bakı. Trend:
Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin
ödənilməsi sistemi, növləri və məbləği”ndə dəyişiklik edilib.
Trend xəbər
verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar
imzalayıb.
Qərara əsasən, Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr
evinin işçilərinin Vahid Tarif Cədvəli ilə müəyyən olunmuş tarif
(vəzifə) maaşlarına Nazirlər Kabineti tərəfindən müəyyən edilən
qaydada 1,5-3 dəfə artım əmsalları tətbiq ediləcək.

