
Bakı.Trend:
Paytaxtın Nəsimi rayonu, Həsən Əliyev küçəsinin Tbilisi
prospekti ilə kəsişməsi ilk dəfə svetoforlarla tənzimlənəcək.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual
İdarəetmə Mərkəzinndən (NİİM) məlumat verilib.
Bildirilib ki, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi ilə
Tbilisi prospektinin kəsişməsində də piyadaların təhlükəsizliyi
təmin olunacaq. Artıq DİN-in Nəqliyyatı İntellektual İdarəetmə
Mərkəzi tərəfindən bu istiqamətdə işlərə başlanılıb.
7-si “L”, 8-i “A” tipli olmaqla ümumilikdə 15 ədəd svetofor
dirəyinin quraşdırılması işləri hazırda davam etdirilir.
Qeyd edək ki, görülən işlər Azərbaycan Yerüstü Nəqliyyat
Agentliyinin layihəsi çərçivəsində hərəkətin təşkilində edilən
dəyişikliklə bağlıdır.

