
Bakı. Trend:
2027–2030-cu illərdə manatın ABŞ dollarına nisbətdə məzənnəsinin
sabit qalacağı proqnozlaşdırılır.
Bu barədə Trend
Azərbaycan Maliyyə Nazirliyinin hesabatına istinadən xəbər
verir.
Hesabatda qeyd olunur ki, İqtisadiyyat Nazirliyinin təqdim
etdiyi makroiqtisadi proqnozlarda 2027–2030-cu illər üzrə manatın
ABŞ dollarına nisbətdə məzənnəsi cari ilin səviyyəsində, yəni 1,700
manat səviyyəsində sabit qəbul edilib.
Qeyd edək ki, Niderlandın ING Group şirkətinin son proqnozlarına
əsasən, dolların manata nisbətdə sabit məzənnəsinin ləğvi riskləri
azalıb.

