
Bakı. Trend:
ABŞ ordusunun komandanlığı yaxın günlərdə Yaxın Şərqə minlərlə
amerikalı hərbçi göndərəcək.
Trend xəbər verir
ki, bu barədə “The Washington Post “(WP) yüksək vəzifəli mənbələrə
istinadən yazır.
“Yaxın günlərdə Pentaqon əlavə olaraq Yaxın Şərqə minlərlə
hərbçi göndərəcək, belə ki, Tramp administrasiyası bununla İrana
razılaşma imzalaması üçün təzyiq göstərməyə çalışır”,- nəşr
yazır.
Keçmiş və hazırkı rəsmilərin sözlərinə görə, yenidən
yerləşdirilməsi planlaşdırılan qüvvələrin tərkibinə “USS George H.
W. Bush” aviadaşıyıcısının və onu müşayiət edən bir neçə hərbi
gəminin göyərtəsində olan təxminən 6000 hərbçi daxildir.
Qeyd edək ki, İslamabadda danışıqların uğursuzluğa düçar
olmasından sonra ABŞ lideri Tramp Hörmüz boğazının və İran
limanlarının blokadasını elan edib. Bu tədbirin İranın neft
ixracına ciddi zərbə vuracağı gözlənilir. Bu gün isə ABŞ SQ Mərkəzi
Komandanlığı (CENTCOM) İranın dəniz ticarətinin artıq tam iflic
vəziyyətə gəldiyini bildirib.

