
Bakı. Trend:
Kanada hökuməti Yaxın Şərqdəki vəziyyət fonunda benzin və dizel
yanacağı qiymətlərinin artması səbəbilə bu məhsullara tətbiq olunan
federal vergilərin müvəqqəti ləğvi barədə qərar qəbul edib.
Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.
Güzəştli rejim aprelin 20-dən sentyabrın 7-dək qüvvədə
olacaq.
Beləliklə, verginin ləğvindən sonra ən ucuz benzinin bir
litrinin qiyməti 10 sent, dizel yanacağının bir litri isə 4 sent
ucuzlaşacaq.
Kanadada benzinin orta qiyməti 2 Kanada dolları (1,45 ABŞ
dolları) həddinə çatıb. Kəskin bahalaşmaya təsir edən əsas
amillərdən biri kimi gəmilərin Hörmüz boğazı vasitəsilə hərəkətinin
bloklanması göstərilir.

