Bakıda avtomobildə yanğın baş verib (VİDEO)

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
paytaxtın Nərimanov rayonu, Kazım Kazımzadə küçəsində avtomobildə
yanğın baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, məlumatla əlaqədar
dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin
qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Hyundai” markalı
minik avtomobilinin mühərrik hissəsində baş vermiş yanğın digər
hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə
söndürülüb.

Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb.




Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə zamanı xəsarət alan olmayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir