Overçuk Azərbaycana işgüzar səfərə gəlib

Baş səhifə

Bakı. Trend:

Rusiya baş nazirinin müavini Aleksey Overçuk Azərbaycana işgüzar
səfərə gəlib.

Trend xəbər verir ki, bu
barədə Rusiya hökumətinin saytında dərc olunmuş məlumatda
bildirilir.

“Aleksey Overçuk Azərbaycan Respublikasına Rusiya Federasiyası
ilə Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə
hökumətlərarası komissiyanın 24-cü iclasında iştirak etmək üçün
işgüzar səfərə gəlib. İclas aprelin 16-da keçiriləcək.

A.Overçuk və Azərbaycan Respublikası baş nazirinin müavini Şahin
Mustafayevin həmsədrliyi ilə tərəflər 2025-ci il avqustun 22-də
Həştərxanda keçirilmiş komissiyanın 23-cü iclasının qərarlarının
icrasının gedişini, həmçinin Rusiya-Azərbaycan əməkdaşlığının əsas
istiqamətlərinin inkişafına dair tədbirlər planının yerinə
yetirilməsini müzakirə edəcəklər.

Görüş zamanı Rusiya və Azərbaycanın ikitərəfli və çoxtərəfli
formatlarda ticarət-iqtisadi və mədəni-humanitar əməkdaşlığının
geniş spektrli məsələlərinin nəzərdən keçiriləcəyi gözlənilir”, –
məlumatda deyilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir