
Bakı. Trend:
“Kristal Pelas”ın yarımmüdafiəçisi Adam Uorton karyerasını
İspaniya La Liqasında davam etdirə bilər.
Trend xəbər verir ki, “Real”
ingiltərəli futbolçunu transfer etmək istəyir. Bu barədə “Topskills
Sports UK” portalı məlumaat yayıb.
London klubu 22 yaşlı dayaq yarımmüdafiəçisi üçün 90-100 milyon
avroluq təklifləri dəyərləndirəcək.
Qeyd edək ki, “Kristal Pelas” Adam Uortonu 2024-cü ilin
yanvarında “Blekbörn”dən 21 milyon avroya transfer edib. İngiltərə
millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində
meydana çıxdığı 43 rəsmi matçda 7 qol ötürməsi edib.

