
Bakı. Trend:
ABŞ Konqresində demokratlar Pentaqon rəhbəri Pit Heqsetə qarşı
altı maddə üzrə impiçment təşəbbüsü ilə çıxış etməyə
hazırlaşırlar.
Trend xəbər verir ki, bu
barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.
Məlumata əsasən, Nümayəndələr Palatasındakı demokratlar Heqseti
ABŞ qoşunlarını risk altına salaraq İrana qarşı qanunsuz müharibəyə
başlamaqda, mülki şəxslərə hücumlarla bağlı qanunları pozmaqda,
həssas informasiyaya məsuliyyətsiz yanaşmaqda, Konqres nəzarətinə
maneçilik törətməkdə, səlahiyyətlərindən sui-istifadə etməkdə,
hərbi gücdən istifadəni siyasiləşdirməkdə, həmçinin ABŞ və onun
silahlı qüvvələrinin nüfuzuna zərər vuran addımlar atmaqda ittiham
edirlər.

