
Bakı. Trend:
Benzin qiymətləri ABŞ-də bu yaya qədər bir qalona (3,785 litr)
görə 3 dollara yaxın olacaq.
Trend xəbər verir ki, bu
barədə Birləşmiş Ştatların maliyyə katibi Skott Bessent
jurnalistlərə açıqlama verib. O bildirib ki, neftin çıxarılması
Hörmüz boğazının açılışından bir həftə sonra bərpa oluna bilər
“ABŞ-də benzinin qiymətləri enəcək. Mən nikbinəm ki, 20 iyun və
20 sentyabr tarixləri arasında yenidən 3 dollarlıq benzin əldə edə
bilərik”, – deyə Bessent qeyd edib.
ABŞ-da benzinin qiyməti əvvəllər təxminən bir qalona görə 3,17
dollar idisə, indi orta hesabla 4,11 dollar təşkil edir.

