Neymar azarkeşlə yaşanan mübahisəyə münasibət bildirib

Baş səhifə

Bakı. Trend:

“Santos”un hücumçusu Neymar azarkeşlə yaşanan mübahisəyə
münasibət bildirib.

Trend xəbər verir ki,
Braziliya klubu Kubok Sudamerikanada Paraqvayın “Rekolleta”
komandası ilə 1:1 hesablı heç-heçə edib. Neymar meydan sahiblərinin
heyətində fərqlənib.

Nəticə yerli azarkeşlərin narazılığına səbəb olub və onlar
oyundan sonra komandanı fitə basıblar. “Santos”un bir azarkeşi isə
Neymarı tənqid edib.




Buna cavab olaraq 34 yaşlı futbolçu belə qışqırıb:
“Daha çox məşq etməlisən. Bir az kökəlibsən, lənətə gəlmiş. Daim
şikayət edirsən, sus! Sus, oğlan. Hörmət göstər, hər şey qaydasında
olacaq. Mən kaprizliyəm? Mən burada həyatımı verirəm, qardaşım!
Sənə öz “şöhrət dəqiqəni” verəcəyəm!”

Daha sonra Neymar sosial şəbəkədə üzr istəyib:
“Razıyam ki, azarkeşlə mübahisə etməməliydim və sadəcə susa
bilərdim. Buna görə inciyən hər kəsdən üzr istəyirəm.

Bir daha belə etməyəcəyimə söz verirəm. Onlar istədiklərini deyə
bilərlər, mən isə sadəcə futbol oynamağa davam edəcəyəm.”

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir