
Bakı. Trend:
“Barselona” yeni mövsüm öncəsi müdafiə xəttini gücləndirməyi
planlaşdırır.
Trend xəbər verir ki, Deko və
baş məşqçi Hansi Flik hesab edir ki, komandaya mütləq mərkəz
müdafiəçisi lazımdır və bu məsələni DÇ-2026 başlamazdan əvvəl həll
etməyə çalışacaqlar.
Çempionlar Liqasından kənarlaşdıqdan sonra katalonlar Alessandro
Bastoni transferi üzrə danışıqları sürətləndirəcək və “İnter” ilə
iyunun ortalarına qədər razılığa gəlməyə çalışacaq. Əks halda, klub
alternativ variantlara yönələcək.
Məlumata görə, Bastoni özü “Barselona”nın marağına müsbət
yanaşıb, lakin “İnter” çempionluğu rəsmiləşdirməyənə qədər
danışıqların bir qədər gözlədilməsini xahiş edib.
“Barselona” müdafiəçi üçün bonuslar və digər əlavə ödənişlər
nəzərə alınmadan 60 milyon avrodan aşağı məbləğ ödəməyi
hədəfləyir.

