
Bakı. Trend:
Bu gün Maştağa Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil
olan ərazilərdə elektrik enerjisinin verilişində fasilə
yaranacaq.
Bu barədə Trend-ə “Azərişıq” ASC-dən məlumat verilib.
Bildirilib ki, Maştağa ETSİ-nin ərazisində 35/6 kV-luq 492 saylı
yarımstansiyada yeni 16 MVA gücündə transformator dövrəyə
qoşulacaq.
Məlumata görə, yenidənqurma işi ilə əlaqədar saat 12:00-dan
16:00-dək Maştağa, Ramana qəsəbələrinin və Savalan daş karxanası
yaşayış ərazisinin bir hissəsində elektrik enerjisinin verilişində
məhdudiyyət yaranacaq. Təmir və yenidənqurma işləri yekunlaşdıqdan
sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin
olunacaq.

