Naxçıvanda qaya uçqunu olub

Baş səhifə

Naxçıvan Muxtar Respublikası Ordubad rayonunda qaya uçqunu qeydə alınıb.

APA-nın yerli bürosu xəbər verir ki, intensiv yağışlar nəticəsində Pəzməri kənd avtomobil yolunun 24-cü kilometrliyində qaya parçaları yolun mərkəzi hissəsinə tökülüb.

Hadisə zamanı yolun hərəkət hissəsinə iri qaya parçaları aşıb, nəticədə yolun müəyyən hissəsində gediş-gəliş məhdudlaşdırılıb. İlkin məlumata görə, qaya parçaları qaz xəttini də sıradan çıxarıb.

Dərhal əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi cəlb olunub. Hazırda qaya parçaları dağıdılaraq ərazidən yığışdırılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir