
Bakı. Trend:
İranın yerli bazarının təmin olunması məqsədilə neft-kimya
məhsullarının ixracının dayandırılmasına qərar verilib.
Trend-in
məlumatına görə, bununla əlaqədar İranın Neft-Kimya Sənayesi Milli
Şirkətinin yerli neft-kimya məhsulları istehsal edən müəssisələrə
məktub ünvanlayıb.
Bildirilir ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının qərarına
əsasən neft məmulatları və neft-kimya məhsullarının qiymətlərinin
sabit saxlanmasını nəzərə alaraq neft-kimya məhsullarının qaçaq
edilməsinin qarşısının alınması və ölkədə neft-kimya məhsullarından
yekun məhsullar istehsal edən şirkətlərin tələbatının təmin
olunması əhəmiyyət kəsb edir.
Əlavə edək ki, 28 fevral -7 aprel aralığında ABŞ və İsrailin
İrana qarşı hərbi hava hücumları fonunda İranın neft-kimya
zavodlarına ciddi şəkildə ziyan dəyib. Nəzərdə tutulan zavodların
istifadəyə verilməməsi ilə ölkənin neft-kimya məhsullarının
istehsalının 70%-dən çox azalacağı gözlənilir. Halbuki İranın
qeyri-neft məhsul ixracında neft-kimya məhsulları 25% paya sahib
idi.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar
konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və
İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin
gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə
atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7
apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ
və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə
olunmayıb.

