Yeni baş məşqçi özünə daha bir azərbaycanlı köməkçi götürdü

Baş səhifə

Yeni yaradılan U-20-nin baş məşqçisi Rui Jorjenin köməkçilərinin sayı artıb.

Modern.az-ın məlumatına görə, AFFA ilə 1 il 7 aylıq müqavilə imzalamış portuqaliyalı mütəxəssis özünə daha bir yerli yerli yardımçı götürüb.

Belə ki, Üzeyir İbrahimov qapıçılar üzrə məşqçi təyin olunub.

O, 1984-cü ildə Laçın rayonunda dünyaya göz açıb. 1998-ci ildə yeniyetmələr arasında ölkə çempionu, 2000-ci ildə ölkə çempionatının bürünc mükafatçısı olub.

2004-2006-cı illərdə “Neftçi”nin yeniyetmə komandalarında işləyib. 2007-2017 ci ildə “İnter”in əvəzedici heyətində çalışıb.

2017-2018 ci ildə “Keşlə”də eyni vəzifəni yerinə yetirib. 2010-2012-ci ildə U-17 yığmasına təyinat alıb. 2011-ci ildən bu günə kimi Azərbaycanın müxtəlif yaş yığma komandalarında fəaliyyət göstərir. (Sportinfo)

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir