Azərbaycanda “İmmunlaşdırma həftəsi” başlayır

Baş səhifə

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən, 2026-cı ilin
19–25 aprel tarixlərində respublikanın şəhər və rayonlarında
“İmmunlaşdırma həftəsi” keçiriləcək.

Trend xəbər
verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr
imzalayıb.

Əmrə əsasən respublikanın şəhər və rayonlarında hər hansı səbəbə
görə vaksinasiyadan kənarda qalan uşaqların “İmmunlaşdırma həftəsi”
çərçivəsində peyvəndlərə cəlb edilməsi, peyvəndlərlə əhatə
səviyyəsi xüsusilə aşağı olan rayonlarda monitorinqlərin
aparılması, uşaqların vaksinasiyasını həyata keçirən tibb
müəssisələrinə immunlaşdırma tədbirlərinin təşkilində metodiki
köməkliyin göstərilməsi, əhalinin bu barədə maarifləndirilməsi kimi
məsələlərin təşkili nəzərdə tutulur.




“İmmunlaşdırma Həftəsi” zamanı bir sıra rayonlarda silsilə
tədbirlərin keçirilməsi planlaşdırılır. Həmçinin, respublikanın
tibb idarə və müəssisələrində əhaliyə paylanması üçün müxtəlif
mövzularda poster və yaddaş vərəqələri hazırlanıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə
2006-cı ildən etibarən hər il Avropa regionunda “İmmunlaşdırma
həftəsi” keçirilir və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
də bu tədbirə qoşulur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir