
Bakı.Trend:
ABŞ Hərbi Dəniz Qüvvələri blokadanın başlanğıcından etibarən
İran limanlarından çıxan 10 gəmini ələ keçirib.
Trend xəbər verir
ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı
(CENTCOM) məlumat yayıb.
“Bazar ertəsindən etibarən Amerika blokadasının başlanğıcından
bəri on gəmi saxlanılaraq geri yönləndirilib və heç bir gəmi
blokadanı yarmağı bacarmayıb. ABŞ hərbçiləri İran limanlarına daxil
olan və çıxan gəmilərin qarşısını almaq məqsədilə regional suların
müşahidəsini və patrul xidmətini davam etdirirlər”, – məlumatda
qeyd olunur.
Belə ki, 15 apreldə İranın bir yük gəmisi ABŞ blokadasını yan
keçməyə cəhd edib. Bəndər-Abbas limanından çıxandan sonra Hörmüz
boğazı istiqamətində hərəkət edərək İran sahilləri boyunca
Ərəbistan dənizi istiqamətinə yönəlib, lakin “USS Spruance” raket
esminesi gəmini uğurla istiqamətini dəyişməyə məcbur edib və gəmi
İrana geri qayıdıb.

