
Bakı. Trend:
“Real”ın hücumçusu Kilian Mbappe Çempionlar Liqasında unikal
nailiyyətə imza atıb.
Trend xarici
mediaya istinadən xəbər verir ki, o, bunu 1/4 finalın “Bavariya”
ilə cavab oyununda (3:4, ilk matç – 1:2) fərqlənməklə edib.
Bu, 27 yaşlı forvardın cari mövsüm ÇL-dəki 10-cu səfər qolu kimi
qeydə alınıb. Beləliklə, Mbappe Çempionlar Liqasının bir mövsümündə
səfərdə 10 qol vurmağı bacaran ilk oyunçu olub.
Qeyd edək ki, “Real” “Bavariya”ya hər iki oyunda uduzaraq
turnirdə mübarizəni dayandırıb.

