Rəsmi Tel-Əviv İsrail-Livan birbaşa danışıqlarının planlaşdırıldığını təsdiqləyib

Baş səhifə

Bakı. Trend:

İsrailin innovasiya, elm və texnologiya naziri Qila Qamliel
“Galei SAXAL” radiostansiyasının efirində İsrailin Baş naziri
Benyamin Netanyahunun Livan Prezidenti Cozef Aun ilə telefon
danışığı aparmağı planlaşdırıldığını təsdiqləyib.

Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.

“Ümid edirəm ki, bu addım nəticə etibarilə Livanın bir ölkə kimi
rifahına və inkişafına gətirib çıxaracaq”, – deyə o bildirib.




İsrailin təhlükəsizlik kabinetinin üzvü olan Qamlielin sözlərinə
görə, bu danışığın baş tutuması üçün uzun müddət hazırlıq
görülüb.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp öz sosial şəbəkə
hesabında Netanyahu-Aun danışıqlarının 16 aprel tarixində
keçiriləcəyini elan emtişdi. Onun sözlərinə görə, bu, İsrail və
Livan liderləri arasında 34 ildən sonra ilk birbaşa danışıq
olacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir