Özünü bank əməkdaşı kimi təqdim edərək kartdan pul oğurlayan şəxs saxlanılıb

Baş səhifə

Bakı. Trend:

Paytaxt sakini olan bir nəfər polisə müraciət edərək bank
kartından 400 manatının oğurlandığını bildirib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat
verilib.




Məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə
əməli törətməkdə şübhəli bilinən 42 yaşlı İ.Tahirov müəyyən
edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, o, zərərçəkənə
zəng edərək özünü bank əməkdaşı kimi təqdim edib. Daha sonra kartda
texniki problem olduğunu bildirərək qarşı tərəfin hesabında olan
pul vəsaitini oğurlayıb.

Araşdırmalar davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir