Bu il neçə saxta diplom aşkarlanıb?

Baş səhifə

Bakı. Trend:

Bu ilin ilk 3 ayında xaricdə təhsil almış 10 nəfərin diplomunun
saxta olduğu məlum olub.

Trend
Təhsildə Keyfiyyət Təminatı Agentliyinə istinadən xəbər verir ki,
2026-cı ilin ilk 3 ayında xaricdə təhsil alan şəxslərin
diplomlarının tanınması üçün agentliyə 1305 müraciət daxil
olub.

Müraciət edənlərdən 1050 nəfərin diplomu tanınıb, 255 nəfərin
müraciətinə isə imtina cavabı verilib.




Məlumata görə, 10 nəfərin diplomu saxta olduğu üçün tanınmayıb.
Həmçinin 2 müraciətə imtina səbəbi lisenziyası olmayan Bakı
filialları ilə bağlı olub.

Ən çox müraciət Türkiyədə təhsil alan şəxslərdən gəlib. Belə ki,
Türkiyədə təhsil almış 445 nəfər diplom tanınması üçün agentliyə
müraciət edib. Daha sonra Rusiya (356 nəfər) və Ukrayna (203 nəfər)
gəlir. Digər müraciətlər isə əsasən Avropa və digər ölkələrdə
təhsil alan şəxslərə aiddir.

İxtisaslara görə isə ən çox müraciət hüquq sahəsi üzrə olub (135
nəfər). Bundan başqa, iqtisadiyyat (78 nəfər), maliyyə (69 nəfər),
tibb (67 nəfər) və biznesin idarə edilməsi (63 nəfər) ixtisasları
da üstünlük təşkil edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir