10 məzunun diplomu saxta çıxdı

Baş səhifə

2026-cı ilin I rübündə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə xarici kvalifikasiyaların tanınması ilə bağlı 1305 müraciət daxil olub. 

Modern.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) məlumat yayıb. 

Belə ki, müraciətlərin 1050-si üzrə müsbət qərar verilib, 255 müraciət isə mənfi qiymətləndirilib.

Məlumata görə, mənfi qərarların əsas səbəbləri tədris yükünün normativdən az olması (110 hal), kredit fərqi (50), hər iki səbəbin birlikdə olması (28), təhsilalma forması (14), saxta diplomlar (10), ekvivalenti olmayan ixtisaslar (10) və digər uyğunsuzluqlarla bağlıdır.

Qeyd edilib ki, müraciətlər əsasən Türkiyə (445), Rusiya (356), Ukrayna (203) və Birləşmiş Krallıqdan (73) daxil olub. Ən çox müraciət olunan ixtisaslar hüquqşünaslıq (135), iqtisadiyyat (78), maliyyə (69), tibb (67) və biznesin idarə edilməsi (63) olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir