Sabunçu tunelində yol çöküb: yolun bərpasına nə vaxt başlanılacaq? (VİDEO)

Baş səhifə

Bakı.Trend:

Sabunçu rayonu ərazisindəki tuneldə yol çöküb. Bununla bağlı
görüntülər sosial şəbəkələrdə yayılıb.

Məsələ ilə əlaqədar Trend-in sorğusuna cavab olaraq “Azərbaycan Dəmir
Yolları QSC” dən bildirilib ki, Sabunçu rayonu ərazisindəki tuneldə
yolun bir hissəsinin çökməsinə səbəb sonuncu güclü yağıntılar
zamanı tunelin çıxışındakı kanalizasiya quyusunun daşması olub.




“Aidiyyəti qurumlarla birgə tunel ərazisində əsaslı təmir işləri
aparıldıqdan sonra yolun bərpasına başlanılacaq”,-deyə qurumdan
əlavə edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir