Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi iki dəfədən çox artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycanla Amerik Birləşmiş
Ştatları (ABŞ) arasında ticarət əməliyyatlarının həcmi 296,265
milyon ABŞ dolları təşkil edib.

Trend bu
barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə
müqayisədə 162,5 milyon ABŞ dolları və ya 2,2 dəfə çoxdur.

Hesabat dövründə ABŞ ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi
ticarət dövriyyəsinin 3,15%-i həcmində olub.

Bu ilin yanvar-mart aylarında Azərbaycandan ABŞ-yə 22,3 milyon
dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə
müqayisədə 6,6 milyon ABŞ dolları və ya təqribən 41,7% çoxdur.




Dövr ərzində Azərbaycandan ABŞ-yə ixrac əməliyyatlarının 18,3
milyon dollarlıq hissəsini qeyri-neft məhsulları təşkil edib.
Azərbaycanın qeyri-neft məhsullarının ümumi ixracında ABŞ 2,13%
payla 9-cu yerdə qərarlaşıb. ABŞ-yə qeyri-neft məhsullarının ixracı
ötən ilin ilk üç ayındakı göstərici ilə müqayisədə 2,6 milyon ABŞ
dolları və ya 16,4% artıb.

Hesabat dövründə Azərbaycan Amerik Birləşmiş Ştatlarından 274
milyon ABŞ dolları dəyərində idxal əməliyyatları həyata keçirib ki,
bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 156 milyon ABŞ dolları
və ya 2,3 dəfə artım deməkdir.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xarici
ölkələrlə 9,407 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı
aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 2,642 milyard dollar və
ya 21,9% azdır.

Xarici ticarət dövriyyəsinin 5,402 milyard ABŞ dolları ixracın,
4,005 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə
ixrac 984 milyon dollar və ya 15,4%, idxal isə 1,658 milyard dollar
və ya 29,3% azalıb.

Yekunda xarici ticarətdə 1,398 milyard dollarlıq müsbət saldo
yaranıb ki, bu da illik müqayisədə 675 milyon dollar və ya 1,9 dəfə
çoxdur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir