Sürüşmə təhlükəsi olan Bibiheybət yolunda təmir-bərpa işləri yekunlaşdırılıb (VİDEO)

Baş səhifə

Bakı.Trend:

Bibiheybət yolunda aparılan təmir-bərpa işləri
yekunlaşdırılıb.

Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət
Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, intensiv yağıntıların yaratdığı fəsadların aradan
qaldırılması məqsədilə bir neçə gün əvvəl start verilən işlər
sürətli və keyfiyyətli şəkildə icra olunub. Ərazidə mümkün əlavə
risklərin qarşısını almaq üçün qabaqlayıcı və təhlükəsizlik
tədbirləri də paralel şəkildə həyata keçirilib.




Yolun dayanıqlılığının bərpası və hərəkətin təhlükəsizliyinin
təmin edilməsi üçün genişmiqyaslı bərpa işləri aparılıb. “İnşaat
Norma və Qaydaları”na uyğun olaraq yeni torpaq yatağı və yol əsası
inşa edilib, daha sonra həmin hissəyə tələb olunan qalınlıqda yeni
asfalt örtüyü döşənib. Bununla yanaşı, ərazi boyunca səth sularının
effektiv şəkildə kənarlaşdırılması üçün xüsusi drenaj tədbirləri
görülüb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir