Özəl tədris müəssisələrində peşə kurslarının təşkili elektronlaşdırılıb

Baş səhifə

Bakı. Trend:

Özəl tədris müəssisələrində peşə kurslarının təşkili ilə bağlı
yenilik tətbiq olunub.

Trend xəbər
verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyi məlumat yayıb.

Məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən özəl tədris
müəssisələrinin peşə hazırlığı kurslarının təşkili ilə bağlı
müraciət prosesi elektronlaşdırılıb.




Yeniliyə əsasən, tədris müəssisələri müvafiq kursların təşkili
üçün müraciətlərini artıq birbaşa “Əmək və Məşğulluq” altsistemi
(ƏMAS) vasitəsilə elektron qaydada həyata keçirə bilərlər.

Bunun üçün ƏMAS-a daxil olaraq “Peşə hazırlığı” bölməsinin “Peşə
hazırlığı müəssisələrinin əməkdaşlıq müraciəti” hissəsindən “Yeni
müraciət”ə keçid etmək tələb olunur.

Bu imkan müraciət prosesinin daha operativ, şəffaf və səmərəli
şəkildə idarə olunmasına, sənədlərin tam elektron qaydada təqdim
edilməsinə şərait yaradır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir