FIFA prezidenti: İran yığmasının Dünya Kubokunda iştirak edəcəyindən əminəm

Baş səhifə

FIFA prezidenti Canni İnfantino İran yığmasının Dünya Kubokunda iştirak edəcəyindən əmindir.

“Al Jazeera” kanalının xəbərinə görə, İnfantino İran millisinin ABŞ-a səfər edəcəyindən əmin olduğunu deyib.

“Ümid edirik ki, o vaxta qədər vəziyyət sakitləşəcək”, – İnfantino bildirib.

Qeyd edək ki, bundan əvvəl İranın idman naziri milli komandanın təhlükəsizlik səbəblərinə görə ABŞ-a gedə bilməyəcəyini bəyan edib. ABŞ Prezidenti Donald Tramp isə iranlı futbolçuları təhlükəsizlik səbəbinə görə oyunlarda iştirak etməməyə çağırıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir