Azərbaycan və Gürcüstanın spikerləri regional sülhü müzakirə edib

Baş səhifə

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşüb.

Modern.az xəbər verir ki, bu barədə gürcü spiker X hesabında paylaşım edib. Görüş İstanbulda keçirilən Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində baş tutub. Tərəflər iki ölkə arasında mövcud olan fəal parlamentlərarası əməkdaşlığı alqışlayıb.

“Biz bölgəmizdə sülh prosesini müzakirə etdik və strateji enerji layihələrinin irəlilədilməsinin vacibliyini vurğuladıq”, – Papuaşvili yazıb.

Spiker Sahibə Qafarovanı Gürcüstan parlamentinin bu yaxınlarda təsis etdiyi Fəxri medalla təltif edib. 

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir