Azərbaycanda neft bitumunun ixrac həcmi artıb

Baş səhifə

Bakı. Trend:

2026-cı ilin yanvar-mart aylarında Azərbaycandan 572 min ABŞ
dolları dəyərində 2,065 min ton neft bitumu ixrac olunub.

Trend bu barədə
Azərbaycanın Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə dəyər
ifadəsində 38 min ABŞ dolları və ya 7,1 faiz çoxdur, həcm
baxımından isə 21 ton və ya 1 faiz yüksəkdir.

Hesabat dövründə neft bitumunun Azərbaycanın ümumi ixrac
həcmindəki payı 0,01 faiz təşkil edib.




Qeyd edək ki, cari ilin yanvar-mart aylarında Azərbaycan xarici
ölkələrlə 9,407 milyard ABŞ dolları həcmində ticarət əməliyyatları
aparıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,642 milyard ABŞ
dolları və ya 21,9% azdır.

İxracın payına 5,402 milyard ABŞ dolları, idxalın payına isə
4,005 milyard ABŞ dolları düşüb. Son bir ildə ixrac 984 milyon ABŞ
dolları və ya 15,4%, idxal isə 1,658 milyard ABŞ dolları və ya
29,3% azalıb.

Nəticədə xarici ticarətdə 1,398 milyard ABŞ dolları məbləğində
müsbət saldo formalaşıb ki, bu da ötən illə müqayisədə 675 milyon
ABŞ dolları və ya 1,9 dəfə çoxdur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir