Gürcüstan XİN başçısı Türkiyə səfiri ilə regional təhlükəsizliyi müzakirə edib

Baş səhifə

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Türkiyənin bu ölkəyə yeni təyin olunmuş səfiri Türker Arı ilə görüş keçirib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.

Tərəflər Gürcüstanla Türkiyə arasında ikitərəfli əməkdaşlığın dinamik gündəliyini və strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi perspektivlərini nəzərdən keçiriblər.

Söhbət zamanı bölgədəki mövcud vəziyyətə də toxunulub, regionun inkişafı və uzunmüddətli rifahı üçün ilkin şərt kimi sülh və sabitliyin dəstəklənməsinin vacibliyi vurğulanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir