
Bakı. Trend:
ABŞ və İran bu həftəsonu razılığa gələ bilərlər.
Trend-in
məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp
jurnalistlərə deyib.
Jurnalistlər ondan İranla müqavilənin nə vaxt imzalana
biləcəyini soruşublar. O, cavabında deyib: “Ola bilər ki, bu
həftəsonu”.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar
konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və
İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb. İran elə həmin
gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə
atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7
apreldə iki həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə
ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma
əldə olunmayıb.

