
Bakı. Trend:
Beynəlxalq Valyuta Fondu (BVF) 2019-cu ildən bəri ilk dəfə
Venesuela ilə əlaqələrini bərpa edib.
Trend-in
məlumatına görə, bu barədə fondun mətbuat xidmətinin yaydığı
bəyanatda bildirilib.
Sənəddə qeyd olunur: “BVF-də səsvermə hüquqlarının əksəriyyətini
təmsil edən üzv ölkələrin mövqeyi nəzərə alınaraq və müəyyən
edilmiş təcrübəyə uyğun olaraq, İdarəedici direktor Kristalina
Georgieva aprelin 16-da Venesuela hökuməti ilə əlaqələrin bərpasını
elan edib. Əlaqələr Prezident komissarı Delsi Rodrigesin rəhbərliyi
altında həyata keçiriləcək”.
Bəyanatda xatırladılır ki, Venesuela 1946-cı ilin dekabrından
BVF-nin üzvüdür. Həmçinin qeyd olunur ki, ölkə ilə əlaqələr
hökumətin tanınması ilə bağlı çətinliklər səbəbindən 2019-cu ilin
mart ayında dayandırılmışdı.

