Roma papasının qardaşına ölüm təhdidi olub

Baş səhifə

Bakı. Trend:

Roma Papası Leonun qardaşlarından biri ABŞ-də yalançı bomba
hədəsinin qurbanı olub.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə İllinoys ştatının Nyu Lenoks
polis idarəsi məlumat yayıb.

Rəsmilərin bildirdiyinə görə, saat 18:29-da fərdi yaşayış evində
bomba hədəsi ilə bağlı çağırış daxil olub.




Məlumat daxil olan kimi əməkdaşlar dərhal hadisə yerinə cəlb
edilib və yaxınlıqda yaşayan sakinlərin təhlükəsizliyini təmin
etmək məqsədilə ərazi nəzarətə götürülüb. Ehtiyat tədbiri olaraq
ətraf evlərə məlumat verilib və sakinlərdən təxliyə olunmaları
xahiş edilib.

Araşdırmaya dəstək məqsədilə Uill dairəsi Şerif İdarəsinin
partlayıcı maddələri aşkarlayan xüsusi kinoloji xidməti də daxil
olmaqla ixtisaslaşmış bölmələr cəlb olunub.

Polisin məlumatına görə, hadisə yerində heç bir partlayıcı maddə
aşkar edilməyib və xəsarət alan olmayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir