Azərbaycanda külək enerjisi istehsalı 26 dəfədən çox artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin 1-ci rübü üzrə Azərbaycanda külək elektrik
stansiyalarında (KES) 247,7 milyon kVt·st, Günəş elektrik
stansiyalarında (GES) 91,3 milyon kVt·st elektrik enerjisi istehsal
edilib.

Trend bu
barədə Energetika Nazirliyinə istinadən xəbər verir.




Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə KES-lərdə
enerji istehsalı 238,2 milyon kVt·st və ya 26,1 dəfə artıb,
GES-lərdə isə 21,2 milyon kVt·st və ya 18,8% azalıb.

Ümumilikdə, 2026-cı ilin 1-ci rübü üzrə operativ məlumatlara
əsasən, Azərbaycanda elektrik enerjisinin istehsalı 6 milyard 991
milyon kVt·st olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə
180,8 milyon kVt·st və ya 2,5% azalıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir