
Bakı. Trend:
Niderlandın “ING Group” bank qrupunun qiymətləndirmələrinə görə,
Azərbaycanda inflyasiya 2026 və 2027-ci illərdə müvafiq olaraq 5,2%
və 5,1% səviyyəsində gözlənilir.
Bu barədə Trend
məlumat verir.
2026-cı ilə olan rüblük proqnoz aşağıdakı kimidir:
II rüb – 5,4%, III rüb – 4,9%, IV rüb – 4,8%.
2027-ci il üzrə rüblük proqnoz:
I rüb – 4,7%, II rüb – 5,1%, III rüb – 5,3%, IV rüb – 5,4%.
Qeyd edək ki, Azərbaycan Maliyyə Nazirliyinin İqtisadiyyat
Nazirliyi tərəfindən təqdim olunan məlumatlarına əsasən, 2026-cı
ildə neft və qaz hasilatının həcmlərinin azalacağı gözlənilir.
2029–2030-cu illərdə isə neft və əmtəəlik qaz hasilatının artması
fonunda neft-qaz sektorunda yüksəliş proqnozlaşdırılır.
Vurğulanır ki, 2027-ci ildə əsas kapitala investisiyalar 5,6
faiz artacaq, orta müddətli perspektivdə isə onların orta illik
artımı 2,1 faiz təşkil edəcək. 2026-cı ildən başlayaraq 2028-ci
ilin sonunadək neft-qaz sektoruna yönəldilən kapital qoyuluşlarının
artacağı proqnozlaşdırılır.

