V Antalya Diplomatiya Forumu öz işinə başlayıb

Baş səhifə

Antalya.Trend:

Türkiyənin Xarici İşlər Nazirliyi tərəfindən Prezident Rəcəb
Tayyib Ərdoğanın himayəsi altında təşkil olunan Beşinci Antalya
Diplomatiya Forumu (ADF2026) Antalyada işinə başlayıb.

Bu barədə Trend-in
xüsusi müxbiri xəbər verir.

Bu ilki forumun mövzusu – “Gələcəyi planlaşdırarkən problemlərin
öhdəsindən gəlmək” – yaranan çağırışların qabaqcadan
proqnozlaşdırılması və onlara operativ reaksiya verilməsinin
vacibliyini vurğulayaraq daha dayanıqlı gələcəyin qurulmasına
diqqət çəkir. Mövzu gələcək prosesləri qabaqlamağın, risk və
imkanları müəyyən etməyin, strategiyalar hazırlamağın və analitik
nəticələri praktik addımlara çevirməyin zəruriliyini ön plana
çıxarır.

ADF2026 dövlət başçılarını, siyasətçiləri, diplomatları,
akademik dairələrin nümayəndələrini, biznes ictimaiyyətini, KİV və
vətəndaş cəmiyyəti təmsilçilərini bir araya gətirərək
qeyri-müəyyənliklərin daha effektiv idarə olunması və aktual qlobal
problemlərin həlli ilə yanaşı, gələcək çağırışlara hazırlıq
məsələlərinin müzakirəsinə şərait yaradacaq. Forum çərçivəsində
əsas məruzəçilərin çıxışları, panel müzakirələri, interaktiv
sessiyalar, eləcə də ikitərəfli görüşlər nəzərdə tutulub. Bu
görüşlər zamanı iştirakçılar qlobal trendləri və regional
prosesləri müzakirə edəcək, mümkün həll yolları və qabaqcıl təcrübə
ilə bağlı fikir mübadiləsi aparacaqlar.

Aprelin 19-dək davam edəcək tədbir NEST Konqres və Sərgi
Mərkəzində keçirilir.

Forumun yenidən dialoqun inkişafı, etimadın bərpası və
əməkdaşlığın möhkəmləndirilməsi, həmçinin gələcək nəsillər üçün
daha sülhsevər, sabit və dayanıqlı gələcəyə aparan yolların
müəyyənləşdirilməsi baxımından mühüm platformaya çevriləcəyi
gözlənilir.

Qeyd edək ki, dördüncü ADF 155 ölkədən iştirakçıları bir araya
gətirmişdi. Onların arasında 21 dövlət və hökumət başçısı, 61 nazir
(o cümlədən 52 xarici işlər naziri), eləcə də 15 parlament üzvü yer
alıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir