
Bakı. Trend:
Azərbaycan Beynəlxalq Valyuta Fondu (BVF) ilə makroiqtisadi
sabitliyi müzakirə edib.
Trend bu barədə
Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, Mərkəzi Bank sədrinin birinci müavini Əliyar
Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-də Yaz
Toplantıları çərçivəsində Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı
direktorunun müavini Bo Li ilə təşkil olunan görüşdə iştirak
edib.
Əliyar Məmmədyarov çıxışı zamanı Azərbaycanda makroiqtisadi və
maliyyə sabitliyinin təmin olunması, dayanıqlı inkişafın
dəstəklənməsi, eləcə də BVF-nin təşəbbüsü və yardımı ilə icra
olunan layihələrin cari vəziyyəti barədə görüş iştirakçılarını
məlumatlandırıb.
Qafqaz və Mərkəzi Asiya ölkələri maliyyə nazirləri və mərkəzi
bank sədrlərinin iştirak etdiyi görüşdə regionun üzləşdiyi iqtisadi
risklər və çağırışlar, eləcə də makroiqtisadi və maliyyə
sabitliyinin qorunması üçün zəruri siyasət və islahatlara dair
məsələlər müzakirələr aparılıb.

