
Bakı.Trend:
İran Livanda atəşkəs elanını alqışlayaraq, İsrail ordusunun
Cənubi Livandakı işğal olunmuş ərazilərdən tam çıxarılmasının,
bütün məhbusların azad edilməsinin və məcburi köçkünlərin öz
evlərinə qayıtmasının zəruriliyini vurğulayır.
Trend xəbər verir
ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl
Bəqainin bəyanatında qeyd olunub.
Bəqai Livanda atəşkəs elanını alqışlayaraq bildirib ki,
döyüşlərin dayandırılması Pakistanın vasitəçiliyi ilə İran və ABŞ
arasında əldə olunmuş atəşkəs anlaşmasının bir hissəsidir.
O qeyd edib ki, İran müxtəlif regional və beynəlxalq tərəflərlə
apardığı danışıqlardan – o cümlədən İslamabaddakı danışıqlar zamanı
– etibarən bütün region üzrə, o cümlədən Livanda eyni vaxtda
atəşkəsin təmin edilməsinin vacibliyini vurğulayıb və İslamabad
danışıqlarından sonra da bu məsələni ciddi şəkildə izləməkdə davam
edib.

