İndoneziyada helikopter qəzası – Çox sayda ölən var

Baş səhifə

Bakı. Trend:

İndoneziyanın Qərbi Kalimantan əyalətində radarlardan itmiş
helikopterin qəzaya uğraması nəticəsində göyərtədə olan səkkiz
nəfər həlak olub.

Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.




Helikopter yerli vaxtla səhər saatlarında naməlum səbəbə yerə
çırpılıb. Xilasedicilər helikopterin yoxa çıxmasından sonra dərhal
güman edilən qəza yerinə yaxınlaşsalarda, əlverişsiz coğrafi
mövqeyə və məhdud görmə şəraitinə görə əməliyyatı təxirə salmalı
olmuşduları.

Hələlik qəza səbəbləri ilə bağlı rəsmi açıqlama yoxdur. Həlak
olan sərnişinlərin də kimliyi açıqlanmır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir