May ayında Bakıda bir neçə beynəlxalq tədbir keçiriləcək

Baş səhifə

Bakı. Trend:

Mayın 14-də – “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Qlobal
Cənub QHT Platformasının Baş Assambleyası, mayın 16-da isə Türk
Dövlətləri Təşkilatına üzv Ölkələrin QHT-lərinin II Həmrəylik
Forumu keçiriləcək.

Trend xəbər
verir ki, bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva agentliyin 5
illiyinə həsr olunan mətbuat konfransında deyib.

İdarə Heyətinin sədri, WUF13 Təşkilat Komitəsinin üzvü Aygün
Əliyeva Azərbaycan QHT-lərinin WUF13-ə ciddi hazırlaşdığını
bildirib:

“2026-cı il mayın 19-da QHT Agentliyinin təşkilatçılığı ilə
WUF13 QHT Forumu keçiriləcək. Bu Foruma 100-dən çox ölkədən nüfuzlu
vətəndaş cəmiyyəti təmsilçilərinin qatılması gözlənilir. Bu qlobal
tədbir yerli və xarici QHT-lərin WUF13 irsinə çevriləcək”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir