
Bakı. Trend:
İranın Prezidenti Məsud Pezeşkian Tehranda Pakistan Silahlı
Qüvvələrinin Baş Qərargah rəisi,feldmarşal Asim Munirlə
görüşüb.
Trend bu barədə
İran KİV-ə istinadən xəbər verir.
İran Prezidenti İslamabadın İranla ABŞ-İsrail arasında baş
vermiş müharibədə vasitəçilik və atəşkəsin təmin olunmasındakı
rolunu yüksək qiymətləndirərək bildirib ki, Tehran beynəlxalq hüquq
çərçivəsində İran xalqının hüquqlarını qorumaqla yanaşı, regionda
davamlı sülh və sabitliyə nail olmağa çalışır.
Pezeşkian həmçinin ABŞ ilə İslamabadda aparılan danışıqlar
zamanı İran nümayəndə heyətinə göstərilən yüksək səviyyəli
qonaqpərvərliyə görə Pakistan rəsmisinə təşəkkürünü bildirib.
Prezident İranın müsəlman dünyasına münasibətdə prinsipial
yanaşmasını vurğulayaraq bildirib ki, İran bütün İslam ölkələrini
qardaş hesab edir və İranın regionda ABŞ-nin hərbi bazalarına qarşı
son addımları müdafiə zərurəti çərçivəsində və məcburi şəraitə
cavab olaraq həyata keçirilib.

