Xaçmaz rayonunda növbəti səyyar qəbul Dədəli kəndində keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, idarə,
müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Dədəli kəndində
səyyar qəbul keçirib.

Bu barədə Trend-ə Xaçmaz Rayon İcra Hakimiyyətindən məlumat
verilib.

Bildirilir ki, qəbulda Dədəli İnzibati Ərazi Dairəsi üzrə
nümayəndəliyinə daxil olan Dədəli, Palıdlı, Bostançı, Nağıoba,
Hacıəbdürəhimoba, Sibiroba və Kiçik Baraxum kəndlərinin sakinləri
iştirak ediblər.




Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan məsələlərin həlli
istiqamətində görülən işlərə görə təşəkkürlərini bildirib, həmçinin
elektrik təsərrüfatının yenilənməsi, suvarma kanallarının
təmizlənməsi, fərdi yaşayış evlərinin qazlaşdırılmasına köməklik
göstərilməsi və bir neçə fərdi müraciət səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin
arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən
problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar
verib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə
yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və
qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və
Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə
ediblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir