ABŞ aviadaşıyıcısında yanğın baş verib

Baş səhifə

Bakı.Trend:

ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) Norfolk bazasında texniki
xidmət zamanı “Duayt Eyzenhauer” adlı atom aviadaşıyıcısında yanğın
baş verib.

Trend xəbər verir
ki, bu barədə xarici mediaya istinadən xəbər verir.

Bildirilir ki, gəminin heyəti və hərbi dəniz tərsanəsinin
əməkdaşları yanğını lokallaşdıraraq söndürməyə nail olsalar da,
hadisə nəticəsində üç dənizçi xəsarət alıb.




Komandanlıq nümayəndəsinin sözlərinə görə, gəminin tibbi xidməti
dənizçilərə ilkin tibbi yardım göstərib və onlar xidmətə
qayıdıblar.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ-nin Qırmızı dənizdə yerləşən
və İrana qarşı əməliyyatda iştirak edən “Gerald R. Ford”
aviadaşıyıcısında da yanğın baş vermişdi.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir