İranın magistral neft kəmərində yanğın baş verib

Baş səhifə

Bakı. Trend:

İranın qərbində yerləşən magistral neft kəmərində yanğın baş
verib.

Trend İran
mediasına istinadən xəbər verir ki, bu barədə Lurestan vilayətinin
inzibati rəhbərinin müavini bildirib.

Məlumata görə, yanğın səhər saatlarında baş verib və magistral
xəttin Rəzan aşırımının yaxınlığından keçən hissəsində zədələnmə
nəticəsində meydana gəlib.

Yanğının səbəbləri hələlik bəlli deyil.

Bundan əvvəl İran xəbərdar edib ki, əgər ABŞ ölkədəki elektrik
stansiyalarına zərbə endirsə, Yaxın Şərqdəki hədəflərin siyahısını
genişləndirəcək.




Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi
əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o
cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından
qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana
endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli
Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın
İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab
əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda
ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları
ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,
Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və
danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,
müvəqqəti atəşkəs barədə razılığa gəliblər.

11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən
danışıqlarda razılaşma əldə olunmayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir